AZ

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” mövzusunda seminar keçirilib

Milli Azərbaycan Tarixi Muzeyinin “Arxeo” klubunun və Xəzər Universiteti Tarix və arxeologiya departamentinin təşkilatçılığı ilə “Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” mövzusunda seminar keçirilib.

Bu barədə "Tehsil.biz"ə muzeydən məlumat verilib.

Seminarda muzeyin Arxeologiya elmi fond şöbəsinin müdiri dosent Nasir Quluzadə Xəzər Universitetinin tələbələrinə arxeoloji qazıntılar, universitetin müəllimi Orxan Zamanov silahların yaranması, dövrlər üzrə inkişafı, tipoloji təsnifatı, funksionallığı və onların savaşda tətbiqi haqqında ətraflı məlumat veriblər.

Sonra tələbələr arxeoloji qazıntılar zamanı tapılmış silah nümunələri ilə tanış olublar.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
1
Mənbələr
Şərh ()
Bağla