AZ

"Liverpul" üçün hər şey bitdi? - Bu, böyük macəra idi

"Liverpul"un keçmiş kapitanı Ceymi Karraqer sabiq komandasının durumu barədə danışıb.

Publika.az xəbər verir ki, o, Premyer Liqa matçında "Everton"a məğlubiyyətdən sonra (0:2) Yurgen Kloppun yetirmələrinin çempionluq perspektivinə inanmır:

“"Everton"un gecəsi idi, onlara diqqət yetirmək lazımdır. Əgər siz "Liverpul" azarkeşisinizsə, bunu qəbul etməlisiniz. Bu komanda üçün çempionluq yarışı bitdi. Bu, son kimi hiss olunur. Düşünürəm ki, komandaya və ya Kloppa qəzəblənməyin heç bir mənası yoxdur. Bu, böyük macəra idi".

Qeyd edək ki, son üç liqa matçından ikisini uduzan "qırmızılar" lider “Arsenal”dan üç xal geri qalır. Başqa bir rəqib “Mançester Siti”nin isə ehtiyatda iki oyunu var.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
18
Mənbələr
Şərh ()
Bağla