AZ

“Qarşıdurmaların dərinləşməsi dünyanı qütbləşdirir” - ŞƏRH EDİLDİ

“Əslinə baxdıqda üçüncü dünya müharibəsi faktiki olaraq artıq başlayıb. Sadəcə olaraq bu rəsmi olaraq elan olunmayıb. Ümumiyyətlə isə Üçüncü dünya müharibəsi - dünyanın müxtəlif yerlərində baş verən konfliktlərin dəhşətli yeni müharibəyə səbəb olacağını bildirmək üçün istifadə olunan siyasi termin kimi qəbul olunur.
Bu gün dünyanın fərqli yerlərində, o cümlədən də Şimal və Cənub qonşularının iştirakı ilə baş verən hadisələr onu deməyə əsas verir ki, hazırda dünyanın faktiki bölüşdürülməsi prosesi gedir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib. Politoloq bildirib ki, bütün dünya müharibələrinin dünyanı bölüşdürmək uğrunda baş verdiyini nəzərə alaraq da deyə bilərik ki, indi baş verənlər elə əslində Ümüncü dünya müharibəsidir:
“Bu mövqe, ayrı-ayrı beynəlxaq tribunalarda da ən yüksək səviyyədə dəfələrlə səsləndirilib. Elə Prezident İlham Əliyev də 2023-cü ildə yerli telekanallara müsahibəsində indi faktiki olaraq üçüncü dünya müharibəsinin getdiyi ilə bağlı fikirlərini bölüşüb.Qarşıdurmaların dərinləşməsi dünyanı qütbləşdirir. Beynəlxalq təhlükəsizlik sisteminin zəifləməsi, beynəlxalq hüququn unudulması, baş verən konfliktlərə beynəlxaql qurumların ikili yanaşmaları və faktiki olaraq beynəlxaq nəzarət sisteminin işləməmə dünyanın yenidən bölüşdürülməsinə imkan yaradır. Hazırda kollektiv Qərb yeni geosiyasi xəritəni formalaşdırmaqla məşğuldur və bunun üçün də dünyanın müxtəlif bölgələrində məqsədli şəkildə müharibə ocaqları yaradır. Elə Rusiya-Ukrayna müharibəsini götürək. Hər kəsə məlumdur ki, bu müharibə təkcə iki dövlət arasında gedən müharibə deyil. Bu, Qərbin Şərqlə, xüsusilə Rusiya, Çin və İranla mübarizəsinin tərkib hissəsidir. Elə məhz bu səbəbdəndir ki, istər Çin, istərsə də İran açıq şəkildə Rusiyanı dəstəkləyən mövqe nümayiş etidirirlər. Çünki bilirlər ki, Rusiyadan sonrakı hədəf məhz elə Çin və İran olacaq.
Yaxın Şərqdə baş verənlər, İsrail-Həmas qarşıdurması fonunda, Fələstin İsrail münasibətləri, Yəməndə Hüsilər, Livanda Hizbullah, İraqda “Şiə müsəlman Polisi” adlı qruplaşmalarla mübarizə, İranın birbaşaya müharibəyə cəlb olunması üçün atılan addımlar da üçüncü dünya müharibəsinin, əslində, çoxdan başladığını sübut edir.
Ən təəssüfedici hal isə odur ki, baş verən qarşıdurmaların, müharibələrin yaxın vaxtlarda başa çatacağı ilə bağlı ümidlər demək olar ki, yoxdur. Proseslər onu göstərir ki, döyüşlərin şiddəti və arealı daha da genişlənəcək.Şübhəsiz ki, bu gün dünyanın ayrı-ayrı bölgələrində baş verən müharibələr bir-biri ilə sıx bağlıdır. Çünki, Şərqi Avropadakı vəziyyət Yaxın Şərqə, oradakı durum isə öz növbəsində Mərkəzi Asiyaya, Cənubi Qafqaza təsir edir. Azərbaycan olaraq biz maksimum şəkildə bu proseslərdən kənarda qalmağı bacarmışıq. Heç bir bloka qoşulmamağımız, müstəqil və balansı xarici siyasət kursu həyata keçirməmiz bizə bir çox qarşıdurmalardan kənarda qalmağa imkan verib”.Müəllif: Səbinə Hüseynli

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb
17892
Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
14702
Ramiz Tahirovun yerinə bu general təyin edildi - Foto
9755
Otaqda meyiti tapılan tibb bacısının ÜRƏKDAĞLAYAN FOTOLARI
8283
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
7343
İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
7125
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
7105
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
7025
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
6920
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
6666
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
5666
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
5401
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
5195
İntim videolar çəkən polkovnik şikayətini geri götürdü
5028
“İçkimə nəsə qatmışdılar, həmin gecədən…“ - Rozadan şok açıqlama
4823
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
4540
Sabah 20 dərəcə isti olacaq
4217
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
3977
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
3343
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
3268