AZ

Azərbaycanda yeni nazir əvəzi TƏYİN EDİLDİ

Fərid Bağırzadə Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib.

Vətəninfo.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov aprelin 25-də Fərid Bağırzadənin Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası da Fərid Bağırzadəyə həvalə edilib.

Fərid Bağırzadə bu təyinatadək Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat rəhbəri idi.

Qeyd edək ki, Naxçıvanın əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov bu gün muxtar respublikanın baş naziri təyin edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3889
23
Mənbələr
Şərh ()
Bağla