AZ

Yunanıstan Ukraynaya S-300 göndərməyəcəyini bəyan edib

Ukraynaya S-300 və ya "Patriot" hava hücumundan müdafiə sistemləri göndərilməyəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis bildirib.

O bildirib ki, müttəfiqlər bu yardımların göndərilməsini xahiş etsələr də Rəsmi Afina bunu etməyəcək.

“Bizim Ukraynanı dəstəkləyə biləcəyimiz materiallar var və bu onlra verilib. Hesab edirəm ki, bu, düzgün seçimdir. Biz bunu davam etdirmək niyyətindəyik. Lakin qeyd olunan hava hücumundan müdafiə sistemləri Yunanıstanın hava məkanını qorumaq üçün kritik sistemlərdir və onlar Ukraynaya verilməyəcək”, - deyə o bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
124
5
Mənbələr
Şərh ()
Bağla