AZ

Formulada xal sistemi sabit qaldı

Dünən İsveçrənin Cenevrə şəhərində FİA direktoru Nikolas Tombiasis və Formula 1-in prezidenti Stefano Domenikalinin sədrliyi altında komissiyanın iclası keçirilib.

Toplanmaqda məqsəd Formula 1 çempionatında xal sistemində təklif edilən dəyişikliyi müzakirə etmək olub. Bəzi kiçik komandalar xalların 10 yox, ilk 12 yerə verilməsini təklif etmişdi. Bunun müzakirəsi çox çəkməyib. Komissiyanın qərarına əsasən, dəyişiklik olmayıb. Komissiya iyul ayında yenidən toplaşaraq , xal sistemindəki dəyişikliyi müzakirə edəcək.

İclas zamanı yeni qərarv da qəbul edilib. İspaniya qran-prisindən başlayaraq bolidlərə arxa kameralar quraşdırılacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
Mənbələr
Şərh ()
Bağla