AZ

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

AFFA İntizam Komitəsi üç futbolçunu cəzalandırıb.

Publika.az xəbər verir ki, buna onların rəqib futbolçuları təhqir etməsi səbəb olub.

Xoşagəlməz hadisə Əvəzedicilər Liqasında 31-ci turun "Zirə-2” – "Neftçi-2” oyununda baş verib.

52-ci dəqiqədə Ramin Abdullayev qonaq komandanın futbolçusunu təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. "Neftçi-2″nin heyətində isə eyni səbəbdən 75-ci dəqiqədə Fərid Səfərli, 78-ci dəqiqədə isə İbrahim Novruzov meydandan qovulublar.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
10
Mənbələr
Şərh ()
Bağla