AZ

Britaniya XİN Rusiya səfirini çağırdı

Rusiyanın Londondakı səfiri Andrey Kelin Britaniya Xarici İşlər Nazirliyinə çağırılıb.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyi bəyanat yayıb.

"Bu gün Xarici İşlər Nazirliyi Rusiya səfiri Andrey Kelini Rusiyanın Böyük Britaniyada təşkil etdiyi zərərli fəaliyyət iddiaları ilə bağlı çağırıb", - sənəddə deyilir.

Qeyd edək ki, aprelin 26-da London polisi Rusiya ilə bağlı milli təhlükəsizliyə təhdidlə əlaqədar cinayət işində iştirak edən beş nəfəri ittiham edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
4
Mənbələr
Şərh ()
Bağla