- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
"Əl-Hilal" Səudiyyə Ərəbistanı çempionatının 29-cu turunda evdə "Əl-Fateh"lə qarşılaşıb.
QOL.az xəbər verir ki, matçda meydan sahibləri 3:1 hesablı qələbə qazanıb.
Bu, “Əl-Hilal”ın çempionatda ardıcıl 21-ci qələbəsidir. Klub 80 xalla turnir cədvəlinə liderlik edir. Kriştiano Ronaldonun da formasını geyindiyi “Əl Nəsr” 68 xalla 2-cidir. "Əl-Fateh" isə 40 xalla 6-cı yerdədir.
Qeyd edək ki, Ər-Riyad təmsilçisinin heyətində Neymar, Aleksandar Mitroviç, Xalidu Kulibali kimi ulduz futbolçular çıxış edir. Neymar uzun müddətdir zədə səbəbindən meydana çıxmır.
"Əl-Hilal" - "Əl-Fateh" - 3:1
Qollar: Maykl, 58, Neves, 74, Abdulayhi, 90+15 - Zalerayan, 57
Bizi İnstagramda izləyin
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.