AZ

Altı nəfərlik ailə toyda yanaraq öldü

Hindistanda bir ailə toyda baş verən yanğında yanaraq ölüb.

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə aprelin 25-də Biharın Darbhanqa şəhəri yaxınlığındakı kənddə baş verib. Axşam dostlar və qohumlar Çhaqan Pasvanın nikah mərasiminə toplaşıblar. Təntənəli kortej toy yerinə çatanda, qonaqların yerləşdiyi çadırda atəşfəşanlıq edilib.

Qısa zamanda alovdan qaz balonunun partlaması yanğını daha da gücləndirib. Üstəlik, alov sürətlə evlərdən birinin yanında yerləşən dizel yanacağı anbarına çatıb. Yanğınsöndürənlərin səyinə baxmayaraq, 6 nəfəri xilas etmək mümkün olmayıb. Onların hamısı eyni ailənin üzvləri olub.

Hadisənin araşdırılması üçün xüsusi komissiya yaradılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
1
Mənbələr
Şərh ()
Bağla