AZ

“Formula 1”in yeni komandasının ilk pilotu bəlli oldu

2026-cı il mövsümündə yarışlara başlayacaq “Audi” Formula 1 komandası pilot Niko Hülkenberqlə müqavilə imzaladığını açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, alman bu mövsümdən sonra “Haas”ı tərk edir və 2025-ci il mövsümündə “Sauber”də olacaq.

“Sauber” 2026-cı ildə adını dəyişərək “Audi” olacaq. Alman avtomobil nəhəngi artıq “Sauber”i alıb və zavod komandası kimi F1-də iştirak etməyə hazırlaşır, lakin yenə də köhnə brend altında növbəti çempionatı keçirəcək.

36 yaşlı Hülkenberq bu mövsüm autsayder “Haas”ın heyətində 4 xal toplayıb.

“Audi” komandanın bir nömrəsi üçün Karlos Sayntsı nəzərdən keçirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
2
Mənbələr
Şərh ()
Bağla