AZ

Dövlət Neft Fondu dünyanın iki nəhəng şirkətinin səhmlərini aldı

Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) dünya nəhəngi olan “Tesla” və “İntel” şirkətlərinin səhmlərinə investisiya yatırıb.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Dövlət Neft Fondundan bildirilib.

Məlumata görə, Dövlət Neft Fondu öz yatırımlarını İnvestisiya Siyasəti və Qaydalarına uyğun şəkildə həyata keçirir və mövcud İnvestisiya Siyasətinə əsasən ARDNF investisiya portfelinin məcmu dəyərinin 25 faizinədək hissəsini səhm alt portfelinə (pay fondları daxil olmaqla) yatırım edə bilər. Həmçinin bildirilib ki, ARDNF birjada kotirovka olunan səhmlərə investisiya çərçivəsində bazar kapitalizasiyasına görə dünyanın inkişaf etmiş ölkələrinin ən iri şirkətləri özündə ehtiva edən “MSCI World” indeksini izləyir və bu kontekstdə indeksin tərkibinə daxil olan bütün şirkətlərin çəkilərinə uyğun investisiya edir.

Qeyd edilib ki, ARDNF-nin səhm portfelinin tərkibində “Tesla”nın 84 milyon dollar, “İntel” şirkətinin isə 31 milyon dollar səhmləri mövcuddur.

“Onların ARDNF-nin kotirovka olunan səhm portfelindəki payı 0,7 faiz və 0,2 faiz təşkil edir. Həmçinin onu da qeyd etmək istərdik ki, gələcəkdə də qeyd edilən “Tesla” və “İntel” şirkətlərinin və digər İT şirkətlərinin ARDNF-nin səhm portfelində olan çəkiləri “MSCI World” indeksinin tərkibinə uyğun şəkildə dəyişəcək”, – deyə Fonddan bildirilib.

DOĞRU.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
118
23
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
28575
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
23749
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
17838
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14674
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11559
Helikopterin qalıqları tapılıb
10504
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
8225
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7532
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6837
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6003
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5553
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5373
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4403
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4268
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3751
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
3179
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
2503
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2263
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1955