AZ

Dövlət Neft Fondu iki məşhur şirkətdən səhm alıb

Dövlət

Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) dünya nəhəngi olan “Tesla” və “İntel” şirkətlərindən səhm payı alıb.

Reyting.az
xəbər verir ki, bu barədə Dövlət Neft Fondu məlumat yayıb.

Bildirilib ki, ARDNF-nin səhm portfelinin tərkibində artıq “Tesla”nın 84 milyon dollar, “İntel” şirkətinin isə 31 milyon dollar səhmləri var:

"Onların ARDNF-nin kotirovka olunan səhm portfelindəki payı 0,7 faiz və 0,2 faiz təşkil edir. Həmçinin onu da qeyd etmək istərdik ki, gələcəkdə də qeyd edilən “Tesla” və “İntel” şirkətlərinin və digər İT şirkətlərinin ARDNF-nin səhm portfelində olan çəkiləri “MSCI World” indeksinin tərkibinə uyğun şəkildə dəyişəcək”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
23
Mənbələr
Şərh ()
Bağla