AZ

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanla Qırğızıstan münasibətləri - ŞƏRH

Azərbaycan Türk Dövlətləri Təşkilatının fəaliyyətinin daha da güclənməsi üçün davamlı addımlar atır. Ölkənin xarici siyasətində türk dövlətləri ilə əməkdaşlıq prioritet istiqamətlərdən birini təşkil edir. Bu mənada Azərbaycan ilə Qırğızıstan arasında qarşılıqlı anlaşma mühiti mövcuddur. Ölkələr bütün beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəkləyir. Qoşulmama Hərəkatındakı Azərbaycanın sədrlik müddətinin uzadılmasında Qırğızıstanın birmənalı olaraq açıq dəstək verməsidə məhz bu məntiqə əsaslanır. Azərbaycan və Qırğızıstan arasında "Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum", "Strateji Tərəfdaşlıq haqqında Bəyannamə" və s. daxil olmaqla, müxtəlif sahələri əhadə edən sənədlər imzalanıb. Bu sənədlər sırasında olan Strateji Tərəfdaşlıq haqqında Bəyannamə əlaqələrin təməlini möhkəmlənməsində müstəsnadır.Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan rəsmi səfəri əlaqələrin daha da inkişafına öz təsirini göstərəcəkdir. Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarov ilə mətbuata bəyanatında bildirib: "Qırğızıstan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsi işinə töhfə verəcək". Sənədlərin imzalanmasının önəmini qeyd edən ölkə rəhbərimiz vurğulayıb ki, bu sənədlər bir çox halda ikitərəfli münasibətlərin gələcək inkişafını müəyyən edəcək. Prezident İlham Əliyev:"Onlardan hər biri böyük əhəmiyyət kəsb edir. Sadır Nurqujoyeviçlə imzaladığımız birgə Bəyannaməni xüsusilə qeyd etmək istəyirəm"- deyə əlavə edib. Bu sənədin imzalanması praktikada müəyyən olunan Azərbaycan ilə Qırğızıstan arasında strateji münasibətlərin daha dərin xarakterini rəsmi şəkildə təsbit edir.Azərbaycan Prezidenti İlham Əliyev onu da bildirib ki, biz ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk. Əsrlər boyu Azərbaycanı və Mərkəzi Asiyanı əməkdaşlıq və dostluq münasibətləri birləşdirir. Hazırda Mərkəzi Asiya regionunun, Azərbaycanın yerləşdiyi Xəzər regionunun və Cənubi Qafqazın çox mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan ölkə rəhbərimiz xüsusən enerji, nəqliyyat və ticarət sahələrində böyük potensialın olduğunu bildirib: "Ən önəmlisi, biz ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk. Qırğız Respublikası ilə də əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır". Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycanla Qırğızıstan arasındakı uğurlu dövlətçilik münasibətlərinin əsası məhz ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. 1993-cü il 19 yanvarın 19-da Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər qurulub. 1995-ci ilin avqustunda ulu öndər Türkdilli Dövlət Başçılarının III Zirvə Görüşü və "Manas" eposunun 1000 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün ilk dəfə Qırğızıstana səfər edib. İki ölkə arasında ticarət dövriyyəsinin artması tendensiyasının mövcud olduğunu bildirən dövlətimizin başçısı vurğulayıb ki, biz iqtisadi-ticari sahədə fəal əməkdaşlıq edirik: "Hələ ki, mütləq rəqəmlər çox böyük olmasa da, amma potensialın artması tendensiyası mövcuddur".44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərimizdə aparılan abadlıq quruculuq işlərinə qardaş dost ölkələri də öz töhfələrini verirlər. Çıxışında Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında göstərdiyi dəstəyə görə Qırğızıstana təşəkkür edib: "Mən Sadır Nurqojoyeviçə işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasında dəstəyə görə xüsusi təşəkkürümü bildirmək istərdim. Qırğızıstan Prezidentinin təşəbbüsü ilə Qırğızıstan öz vəsaiti hesabına Ağdam rayonunda orta məktəbin tikintisini həyata keçirəcək. Sabah biz birlikdə Füzuli və Ağdam rayonlarında olacağıq və məktəbin təməlinin qoyulması mərasimində iştirak edəcəyik. Belə qardaş dəstəyinə görə minnətdarıq, bu, bizim üçün böyük əhəmiyyət kəsb edir". Bu səfər Azərbaycan və Qırğızıstan arasında münasibətlərin dərinləşməsinə böyük töhfə olacaq.Azərbaycan iləQırğızıstan daim artan beynəlxalq nüfuzu, öz iqtisadi inkişafının perspektivi, coğrafi və geosiyasi vəziyyəti, həmçinin iki türk xalqı arasında tarixən yaranmış dostluq və qardaşlıq əlaqələrini nəzərə alaraq, gələcək inkişafa və ticarət-iqtisadi, siyasi, mədəni və digər sahələrdə qarşılıqlı surətdə ikitərəfli faydalı əməkdaşlığın geniş spektrdə güclənməsində siyasi iradə nümayiş etdirir. Azərbaycan və Qırğızıstanın ikitərəfli münasibətlərinin inkişaf dinamikası müxtəlif sahələri əhatə edir ki, bu da əlaqələrinin daha da dərinləşməsinə və siyasi münasibətlərin gücləndirilməsinə öz töhfəsini verir. Fərid MustafayevYAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
1
Mənbələr
Şərh ()
Bağla