AZ

“Gürcüstan 2030-cu ildə Avropa İttifaqına üzv olacaq” – İvanişvili


Hakim “Gürcü Arzusu” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili Gürcüstanın 2030-cu ildə Avropa İttifaqına üzv olacağını bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkənin milli televiziyası məlumat yayıb.
Tbilisidə parlament binası qarşısında keçirilən mitinqdə çıxış edən İvanişvilinin fikrincə, azad, müstəqil, suveren, vahid və Avropa İttifaqına inteqrasiya olunmuş Gürcüstan gürcü arzusudur və bu, mütləq reallaşacaq. Siyasətçi vəd edib ki, ölkə bütün maneələri dəf edəcək, suverenliyi möhkəmləndirəcək, sülhü qoruyacaq, iqtisadiyyatı inkişaf etdirəcək və 2030-cu ildə Aİ-yə üzv olacaq.
İvanişvili gürcü xalqının özünəməxsus tarixi və adət-ənənələrini xüsusi qeyd edib və vurğulayıb ki, yalnız bu unikal milli ənənələrlə Gürcüstanın Avropa İttifaqına daxil olması məntiqlidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
138
5
Mənbələr
Şərh ()
Bağla