Türkiyəli məşhur müğənni Hadise futbolçu Lukas Torreyra ilə sevgili olduğu ilə bağlı yayılan iddialara cavab verib.
Hadise ilk dəfə eşq iddialarına cavab verib.
“Bəli, məni dinləməyə gəlmişdi. Lukas mənim çox yaxın dostumdur. Bildiyiniz kimi, həmişə matça gedirəm. Matç izləməyi xoşlayıram”, - deyə o etiraf edib.
Bununla belə o, eşq məsələsi olmadığını vurğulayıb.
“Ümumiyyətlə, hazırda həyatımda sevgi yoxdur, aşiq deyiləm”, - deyərək Hadise iddialara son qoyub.//Oxu.az