AZ

Məşhur müğənni “Qalatasaray”lı futbolçu ilə eşq yaşayır? - FOTO

Türkiyəli məşhur müğənni Hadise futbolçu Lukas Torreyra ilə sevgili olduğu ilə bağlı yayılan iddialara cavab verib.

Sportinfo.az xəbər verir ki, braziiliyalı legionerin Hadisenin konsertlərinə getməsi, həmçinin ifaçının “Qalatasaray”ın tribunalarında dəfələrlə görünməsi onların eşq yaşadığı barədə şayiələrə səbəb olub.

Hadise ilk dəfə eşq iddialarına cavab verib.

“Bəli, məni dinləməyə gəlmişdi. Lukas mənim çox yaxın dostumdur. Bildiyiniz kimi, həmişə matça gedirəm. Matç izləməyi xoşlayıram”, - deyə o etiraf edib.

Bununla belə o, eşq məsələsi olmadığını vurğulayıb.

“Ümumiyyətlə, hazırda həyatımda sevgi yoxdur, aşiq deyiləm”, - deyərək Hadise iddialara son qoyub.

FotoJet

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
3
sportinfo.az

9Mənbələr