AZ

Çin alimləri Ayın ən ətraflı geoloji atlasını yaradıblar - FOTO

Pekindəki Çin Elmlər Akademiyasının (CAS) alimləri Ayın indiyədək yaradılmış ən ətraflı geoloji xəritəsini tərtib ediblər.


Sfera.az xəbər verir ki, atlas gələcək missiyalar üçün eniş yerlərini planlaşdırmağa kömək edəcək 12 mindən çox müxtəlif strukturları ehtiva edir. Tədqiqat elmi qurumun rəsmi saytında dərc olunub.
 

CAS-ın işi 1960 və 1970-ci illərdə NASA-nın Apollon proqramından sonra Ay səthində ilk böyük yeniləməni qeyd edib. Geoloqlar "Chang'e-1" və "Chang'e-3" missiyalarının məlumatlarına istinad ediblər.


Tədqiqatçılar 2012-ci ildə Çinin gələcək Ay missiyaları üçün eniş yerlərinin və resursların seçilməsini asanlaşdırmaq məqsədi ilə xəritəçəkmə layihəsinə başlayıblar. Atlas Çin və ingilis dillərində mövcuddur.
 

“Ayın geoloji atlası Ayın təkamülünü öyrənmək, gələcək Ay tədqiqat stansiyası üçün yer seçmək və Ay resurslarından istifadə etmək üçün böyük əhəmiyyət kəsb edir. O, həmçinin Yeri və Mars kimi günəş sistemindəki digər planetləri daha yaxşı başa düşməyə kömək edə bilər”, - layihənin aparıcı tədqiqatçısı Ouyang Ziyuan bildirib.



İnci
Sfera.az

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
156
34
Mənbələr
Şərh ()
Bağla