AZ

Azərbaycan növbəti nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi edir

“Azərbaycan növbəti nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi edir”.

Bunu  deputat Cavanşir Paşazadə bildirib.

Deputat qeyd edib ki, mayın 1-də “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başlayıb. Üç gün davam edəcək Forum çərçivəsində 4 plenar sessiyanın və 12 panel müzakirənin keçirilməsi nəzərdə tutulur. Forum da çox mühüm mövzular müzakirə olunacaq. Əsas müzakirə olunacaq mövzular isə təhsil, gənclər, iqlim dəyişikliyi, süni intellekt, mədəni irsin mühafizəsi və qanunsuz miqrasiya ilə bağlıdır. Tədbir çərçivəsində Ağdamda və Şuşada xüsusi panel sessiyaların keçirilməsi də nəzərdə tutulub.Eyni zamanda forum iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfərləri gözlənilir. Hesab edirəm ki, bu forumun ölkəmizdə keçirilməsi işğaldan azad etdiyimiz ərazilərdən beynəlxalq ictimaiyyətə müraciət üçün bir platforma yaratmaq fürsətidir”.

Deputat vurğulayıb ki, Azərbaycanın təşəbbüsü yüksək səviyyəli dövlət xadimlərini, parlament rəhbərlərini, dini liderlər, alimlərini, jurnalistlərivə müxtəlif etnik, mədəni qrupa daxil olan şəxslərdən ibarət iştirakçıları mənalı dialoq vasitəsilə sülh və qlobal təhlükəsizliyə doğru irəliləyişə nail olmaq üçün bir araya gətirib:

“Forumunun açılış mərasimində çıxışı zamanı cənab prezident İlham Əliyev bir sıra vacib məqamlara toxundu. Xüsusilə də cənab prezident İlham Əliyev çıxışında multikulturalizmin əhəmiyyətindən söz açaraq Azərbaycanın təcrübəsini bölüşdü. Dövlət başçısı çıxışında əsrlər boyu Azərbaycanın mədəniyyətlərin qovuşduğu məkan olduğunu, bizim coğrafi mövqeyimiz, Şərq ilə Qərb arasında yerləşməyimiz bu tendensiyaya imkan yaratdığını qeyd etdi. Azərbaycan cəmiyyəti əsrlər boyu tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub saxlayıb. Multikulturalizm Azərbaycan vətəndaşlarının həyat tərzinə çevrilib.

Bu gün cənab prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyada dialoqa, qarşılıqlı anlaşmaya, sülh və təhlükəsizliyə böyük töhfələr verir. Bu gün dünyada mədəni irsin qorunması həll edilməli olan əsas problemlərdən biridir. Təəssüf ki, münaqişələr və müharibələr hələ də əsas təhlükə olaraq qalır. VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil edilən “Mədəni irsin mühafizəsində qanunvericiliyin rolu: uğurlu təcrübələr” mövzusunda parlamentlərarası konfransda Azərbaycan Milli Məclisinin sədri xanım Sahibə Qafarovanın da qeyd etdiyi kimi “İşğal olunmuş ərazilərin mədəni irsinə hörmət edilməsi və qorunması üzrə beynəlxalq hüququn öhdəlikləri Ermənistan tərəfindən 30 il ərzində ciddi şəkildə pozulub. İşğaldan azad edilmiş ərazilərimizdə hazırda genişmiqyaslı bərpa işləri aparılır. Bu işlərin əsas prioritetlərindən biri də işğaldan azad olunmuş rayon və şəhərlərdə mədəni irsin bərpası və qorunmasıdır.Hazırda həmin ərazilərdə tarixi və dini abidələrimiz bərpa olunur və ya yeniləri inşa edilir”.


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
180
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
44394
Abdullahianın cəsədi tapıldı - FOTO
32877
Helikopter qəzasına görə azərbaycanlı fəal həbs edildi
27317
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24781
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
20168
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
17845
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
15170
Helikopterin qalıqları tapılıb
11779
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11715
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
8170
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"İran prezidentinin ölümündə bu ölkə günahkardır" - Keçmiş nazirdən İDDİA
8117
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6976
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6939
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5923
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5470
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
5374
"Kurtlar Vadisi"ndəki helikopter qəzası səhnəsi yenidən gündəm oldu - VİDEO
5007
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4465
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3965