AZ

Azərbaycan sülhün, dialoqun tərəfindədir

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ölkəmizdə təşkili Şərq və Qərb mədəniyyətini özündə ehtiva edən mədəniyyətimizin beynəlxalq səviyyədə təbliğ olunması, ölkəmizin nüfuzunun, imicinin yüksəldilməsi və beynəlxalq proseslərdə əhəmiyyətinin artırılmasına, eləcə də Azərbaycanın qitələrarası və sivilizasiyalararası əməkdaşlıq məsələlərində çox mühüm dövlət kimi qəbul olunmasına, həmçinin respublikamızın dünya mədəniyyətinə inteqrasiyasına xidmət edir.

Dünya xalqları arasında dialoqun təşviqi və inkişafında Azərbaycan mühüm rol oynamaqdadır. Bu, ilk növbədə, ölkəmizin geosiyasi əhəmiyyəti ilə bağlı olan məsələdir. Azərbaycan Şimal ilə Cənubun, Şərqlə Qərbin kəsişmə nöqtəsində yerləşir. Başqa sözlə desək, real coğrafi və geomədəni imkanlara malik olan Azərbaycan, eyni zamanda, həm Avropa Şurasına, həm də İSESKO-ya üzv olan yeganə dövlətdir. Azərbaycanın həm islam dövlətləri, həm də Qərb ölkələri ilə möhkəm dostluq və əməkdaşlıq münasibətləri vardır.

Mədəniyyətlərarası dialoq Azərbaycanda güclü şəkildə təşviq edilir. Ölkəmizdə çoxsaylı tədbirlər təşkil olunur. Bu tədbirlər dinlərarası dialoqla bağlıdır. Çünki dini nümayəndələrin rolu dünyada bütün xalqlar üçün vacibdir və onlar həmin rəhbərlərdə sülh, tolerantlıq, qarşılıqlı hörmət kimi müsbət mesajları eşitməlidirlərBütün bunlarla yanaşı, Azərbaycan müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən mehriban dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant bir ölkədir.

Əsrlər boyu Azərbaycan mədəniyyətlərin qovuşduğu məkan olub. Bizim coğrafi mövqeyimiz, Şərq ilə Qərb arasında yerləşməyimiz bu tendensiyaya imkan yaradıb. Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri – tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub.

Azərbaycanda yaşayan insanlar, müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar. Onlar Azərbaycanın dəyərli vətəndaşlarıdır, dövlətimizin, dövlətçiliyimizin əsl vətənpərvər insanlarıdır.

Bu səbəbdən müxtəlif mədəniyyətlərin və qitələrin qovuşuğunda yerləşən Azərbaycanın həm geosiyasi vəziyyəti, həm də mədəni zənginliyi “Bakı Prosesi” çərçivəsində mədəniyyətlərarası dialoq təşəbbüslərini Avropa və ona qonşu regionların hüdudları çərçivəsindən çıxarıb daha qlobal səviyyəyə yüksəltməyə imkan verir.


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
164
4
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
44390
Abdullahianın cəsədi tapıldı - FOTO
32870
Helikopter qəzasına görə azərbaycanlı fəal həbs edildi
27313
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24781
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
20168
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
17845
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
15170
Helikopterin qalıqları tapılıb
11779
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11715
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
8170
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"İran prezidentinin ölümündə bu ölkə günahkardır" - Keçmiş nazirdən İDDİA
8113
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6976
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6938
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5923
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5470
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
5374
"Kurtlar Vadisi"ndəki helikopter qəzası səhnəsi yenidən gündəm oldu - VİDEO
5007
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4465
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3965