AZ

İki azərbaycanlı İstanbulda dava saldı, biri xəstəxanalıq oldu (FOTO/VİDEO)

İstanbulun Qaziosmanpaşa rayonunda iki azərbaycanlı arasında insident yaşanıb. 

Qaynarinfo-nun məlumatına görə, hadisə Qaziosmanpaşa Barbaros Hayrettin Paşa Mahalında baş verib. 

Azərbaycanlı olduqları öyrənilən və aralarında naməlum səbəbdən ədavət yaranan Elnar A. və Əli H. küçədə dava ediblər. Bu zaman Elnar A. özü ilə gətirdiyi bıçaqla Əli H.-nin boğazına xəsarət yetirib və hadisə yerindən qaçıb.

Qışqırıqları eşidən ətrafdakı vətəndaşlar Əli H.-ni şəxsi avtomobillə xəstəxanaya aparıblar. O, ağır bədən xəsarəti alıb, şəxsiyyəti müəyyən edilən şübhəli Elnar A.-nın tutulması istiqamətində işlər aparılır.

Əhməd

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
50
Mənbələr
Şərh ()
Bağla