AZ

Naxçıvanda vergi ödəyicilərinin sayı 11 %-dən çox artıb

Bu ilin yanvar-aprel aylarında Naxçıvanda 2 161 yeni vergi ödəyicisi qeydiyyata alınıb.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bunun 2 049-u fiziki, 112-si hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 11,5 % artıb.

4 ayda kommersiya qurumlarının 72 %-i elektron qaydada, 28 %-i isə kağız daşıyıcılar vasitəsilə müraciətlər əsasında uçota alınıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
129
5
report.az

7Mənbələr