Bu ilin yanvar-aprel aylarında Naxçıvanda 2 161 yeni vergi ödəyicisi qeydiyyata alınıb.

İndex.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bunun 2 049-u fiziki, 112-si hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 11,5% artıb.

4 ayda kommersiya qurumlarının 72%-i elektron qaydada, 28%-i isə kağız daşıyıcılar vasitəsilə müraciətlər əsasında uçota alınıb.