AZ

Cənubi Koreyada döyüş atışları ilə bağlı bütün təlimlər dayandırıldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Koreya Respublikası Silahlı Qüvvələri təlim zamanı poliqon yaxınlığındakı kəndə təsadüfən aviabombaların düşməsinin səbəbi müəyyən edilənə qədər döyüş atışları üzrə bütün təlimləri dayandırmaq qərarına gəlib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Yonhap" agentliyi məlumat verib.
Məlumata görə, tədbirlər hətta atıcı silahlarla təlimlərə də aid edilib.
Qeyd edək ki, martın 10-da Koreya Respublikası və ABŞ genişmiqyaslı "Freedom Shield" ("Azadlıq qalxanı") təlimlərinə başlamağı planlaşdırırlar. Yaxınlığında poliqon və zərər çəkmiş kəndin yerləşdiyi Phoçhon şəhərinin meri də oxşar məzmunla mərkəzi hökumətə müraciət edib. Agentlik qeyd edib ki, sözügedən kənd martın 6-da ABŞ və Koreyanın döyüş atışları üzrə təlimlər keçirdiyi poliqondan 8 km aralıda yerləşir.
Manevrlərə tanklar, haubitsalar, helikopterlər və döyüş təyyarələri də daxil olmaqla, 160-a yaxın texnika cəlb olunub.
Seçilən
18
1
oxu.az

4Mənbələr