Bu gün Gəncədə 4 yaşlı oğlan xəstəxanada vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, 2021-ci il təvəllüdlü H.Hüseynov 2 saylı Uşaq Xəstəxanasında dünyasını dəyişib.
Bildirilib ki, ağır vəziyyətdə xəstəxanaya çatdırılan azyaşlı həkimlərin göstərdikləri tibbi yardımlara baxmayaraq vəfat edib.
Ölümün hansı səbəbdən baş verdiyi araşdırılır.
***
TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, 10.03.2025-ci il tarixində saat 09:30 radələrində 2021-ci il təvəllüdlü şəxs (kişi cinsli) ailə üzvləri tərəfindən Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasına gətirilib.
Həkim müayinəsində olan azyaşlı zəruri müayinələrdən keçirilib. Vəziyyəti ağır olan azyaşlıya pnevmatoraks diaqnozu təyin edilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, onun 15:40 radələrində ölüm faktı qeydə alınıb.
Ölümünün ilkin səbəbi kimi spontan gərginlik pnevmatoraksı, ürək-ağciyər çatışmazlığı qeyd olunur.
Yunis Quliyev