Tacikistan və Qırğızıstan prezidentləri Emomali Rahmon və Sadır Japarov dörd il bağlı qalan ümumi dövlət sərhədlərini videobağlantı vasitəsilə açıblar.
TASS-ın məlumatına görə, mərasim Tacikistan liderinin Qırğızıstana səfəri çərçivəsində baş tutub.
Sərhəd 2021-ci ildə sərhəd bölgəsində mübahisəli ərazilərin sakinləri arasında bir sıra ciddi münaqişələrdən sonra bağlanıb.
Fevral ayında Qırğızıstan və Tacikistan sərhədlərin delimitasiyası haqqında saziş imzalayıblar.
DOĞRU.AZ