AZ

Azərbaycandan Hindistana xam neft ixracı 42,3% azalıb

Ötən il Azərbaycandan Hindistana 1,2 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib.

Finss.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda neft ixracından əldə olunan gəlir 730 milyon ABŞ dolları olub.

Hindistana bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsullarının ixracı əvvəlki illə müqayisədə miqdar ifadəsi ilə 850 min ton və ya 42,3%, dəyər ifadəsi ilə 497 milyon ABŞ dolları, yaxud da 35,2% azdır.

Belə ki, 2023-cü ildə Azərbaycandan Hindistana ixrac edilən bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsullarının miqdarı 2,05 milyon ton, dəyəri isə 1,2 milyard ABŞ dolları təşkil edib.

Qeyd edək ki, ötən il ərzində Azərbaycandan xarici ölkələrə 23,6 milyon ton miqdarında, 14,4 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları satılıb.

Fuad Mədətov
Finss.az

Seçilən
15
4
fins.az

8Mənbələr