AZ

Bu il 65 min hektardan artıq ərazinin minalardan təmizlənməsi planlaşdırılır

Baş nazir: Bu il 65 min hektardan artıq ərazinin minalardan təmizlənməsi planlaşdırılır.

İşğaldan azad olunmuş ərazilərdə geniş minatəmizləmə işləri aparılıb. 2024-cü ildə 62 min hektar, ümumilikdə isə işğaldan azad edilmiş ərazilərdə 180 min hektara yaxın ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib.

Operativ Media xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin martın 14-də keçirilən iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatının təqdimatı zamanı deyib.

Baş nazir bildirib ki, 2025-ci ildə 65 min hektardan artıq ərazinin minalardan təmizlənməsi planlaşdırılır.

Seçilən
26
3
operativmedia.az

9Mənbələr