AZ

I Liqadan Premyer Liqaya yüksələcək komandalara GÜZƏŞT

AFFA İcraiyyə Komitəsinin iclası keçirilib.

Apasport.az xəbər verir ki, yığıncaqda Misli Premyer Liqası barədə müzakirələr də aparılıb.

Əvvəlcə AFFA-nın baş katibi Cahangir Fərəcullayev və Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov 2025-2026-cı illər mövsümü üçün Premyer Liqaya yüksəlməyə namizəd olan klubların infrastrukturu, maddi-texniki bazası, stadionlarda olan mövcud çatışmazlıqlar haqqında məlumat veriblər.

AFFA İcraiyyə Komitəsi tərəfindən 2025-2026-cı illər mövsümündə Azərbaycan Premyer Liqasında komanda sayının artırılması ilə əlaqədar Premyer Liqaya yüksələcək klublara infrastruktur, inzibati və digər sahələrdəki çatışmazlıqları aradan qaldırmaq üçün 1 illik möhlət verilib. Bu xüsusi qayda yalnız bu il Premyer Liqaya yüksələcək komandalara şamil ediləcək.

 

Osimhen üçün "Qalatasaray"a rəqib: Ərəblərdən təklif var

UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişmədi

"Araz-Naxçıvan" "Şamaxı"ya qarşı - YENİLƏNİR

“Sabah”ın legionerləri milliyə çağırılıb

Rüfət Abdullazadə: “Bunları aradan qaldırmalıyam”

Seçilən
10
2
apasport.az

6Mənbələr