AZ

Sabiq direktor Azər Qazıyevin iddiası təmin edilməyib və onun işə bərpa olunması ilə bağlı tələbi rədd edilib

Azər Qazıyevin fəaliyyəti zamanı dövlət büdcəsi vəsaitlərinin düzgün istifadə edilməməsi müəyyən edilib

Təlim-tədris prosesində baş vermiş neqativ hallarla bağlı  Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbində aparılmış yoxlamalar nəticəsində sabiq direktor Qazıyev Azər Arif oğlunun fəaliyyəti zamanı dövlət büdcəsi vəsaitlərinin düzgün istifadə edilməməsi və ya təyinatı üzrə xərclənməməsi ilə bağlı əsaslı şübhələr müəyyən edilib.

Operativ Media xəbər verir ki, bu səbəbdən Qazıyev Azər Arif oğlu 27 fevral 2024-cü il tarixində vəzifəsindən azad olunub. Daha sonra o, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı işə bərpa olunmaq və məcburi iş buraxmaya görə əməkhaqqı tələbi ilə məhkəməyə müraciət edib.

Qeyd edək ki, Nərimanov Rayon Məhkəməsinin müvafiq qətnaməsinə əsasən, sabiq direktorun iddiası təmin edilməyib və onun işə bərpa olunması ilə bağlı tələbi rədd edilib.

Seçilən
18
18
operativmedia.az

10Mənbələr