Cənubi Qafqazda sülh və təhlükəsizlik bütün regionun sabitliyi üçün əsas amillərdir.
"Unikal" xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bildirib.
Yeni Dehlidə keçirilən konfransda çıxış edən Boçorişvili Ermənistan və Azərbaycan arasında sülh sazişinin təkcə iki ölkə üçün deyil, bütün Cənubi Qafqaz üçün strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Onun sözlərinə görə, Gürcüstanın Ermənistan, Azərbaycan və Türkiyə ilə əməkdaşlığının gücləndirilməsi, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu və Cənub Qaz Dəhlizi kimi nəqliyyat və enerji layihələrinin inkişafı regionda uzunmüddətli sabitlik və rifah üçün zəmin yaradır.
Ağarza Elçinoğlu