AZ

Türkiyədə həbslər davam edir - Daha iki rəsmi şəxs saxlanıldı

İstanbulda Cümhuriyyət Xalq Partiyasından (CHP) olan Beylikdüzü və Şişli rayonlarının bələdiyyə sədrləri saxlanılıb.

"Unikal" xəbər verir ki,  bu  barədə "Sabah" qəzeti məlumat dərc edib. 

Məlumata görə, rəsmi şəxslər martın 19-da səhər saatlarında saxlanılıb, polis onların evlərində axtarış aparır. 

Qeyd edək ki, ümumilikdə İstanbul prokurorları, aralarında İstanbul Böyükşəhər İdarəsi (İBB) bələdiyyə sədri Əkrəm İmamoğlu da daxil olmaqla 106 şübhəli haqqında həbs qərarı çıxarıb.

İstanbul Respublika Prokurorluğundan verilən açıqlamada, PKK/KCK terror təşkilatının İstanbul başda olmaqla, böyük şəhərlərdə fəaliyyətini gücləndirmək üçün 31 mart 2024-cü il bələdiyyə seçkiləri zamanı “Şəhər Konsensusu” fəaliyyətlərini həyata keçirdiyi bildirilib.

İstanbulda keçirilən bələdiyyə seçkiləri kontekstində E.İmamoğlunun rəhbərlik etdiyi İstanbul Böyükşəhər İdarəsi (İBB) terror qruplaşmasına bağlı Xalq Konqresi (HDK) təşkilatı ilə ittifaqa girdiyi iddia edilir.

Gülayə Mecid 

Seçilən
3
34
unikal.az

10Mənbələr