AZ

UEFA qərar verdi - Çempionlar Liqasının finalı Bakıda olmayacaq

2026/27 mövsümü Çempionlar Liqasının finalını qəbul edəcək stadion müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bu barədə UEFA İcraiyyə Komitəsinin bugünkü iclasında qərar qəbul edilib.

Qərara əsasən, final matçı İspaniyanın paytaxtdı Madriddəki “Metropolitano” stadionunda baş tutacaq.

Finalı qəbul etməyə digər namizəd Bakı Olimpiya Stadionu idi.

2018/19 mövsümünün finalı da “Metropolitano”da təşkil olunub. Beləliklə, 70 min 460 nəfər tamaşaçı tutumuna malik bu arena tarixində 2-ci dəfə ÇL-in finalına ev sahibliyi edəcək.

Seçilən
7
4
sportinfo.az

10Mənbələr