Bakı. Trend:
Bakıda qadını şəkilləri ilə şantaj edən şəxs saxlanılıb.
Trend xəbərverir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, paytaxt sakini olan 19 yaşlı qadın polisəmüraciət edərək bir nəfərin ona məxsus fotoşəkillərini sosialşəbəkələrdə yayacağı ilə hədə-qorxu gəldiyini, 100 manatınıaldığını və daha 300 manat pul tələb etdiyini bildirib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsindəhədə-qorxu yolu ilə tələb etməkdə şübhəli bilinən 22 yaşlıİ.Əlibəyli müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davametdilir.