AZ

Super Liqada növbəti baş məşqçi ayrılığı

Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası reallaşıb.

Apasport.az xəbər verir ki, "Alanyaspor" Sami Uğurlu ilə yollarını ayırıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

46 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Xatırladaq ki, Sami Uğurlu ötən ilin noyabr ayında "Alanyaspor"un baş məşqçisi təyin olunmuşdu.

Qeyd edək ki. "Alanyaspor" Super Liqada topladığı 31 xalla, turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

“Fiorentina”nın forvardı İngiltərə yolunda

“Milan"a gəlməyim yanlış bir qərar idi”

Monteneqronun millisinin sabiq üzvü dünyasını dəyişib

Argentina millisində daha bir itki

Dzyuba Rusiya millisinin tarixinə düşdü

Seçilən
6
3
apasport.az

6Mənbələr