AZ

Ayxan Abbasov Emre Belözoğlu ilə görüşdü

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov "Antalyaspor"un çalışdırıcısı Emre Belözoğlu ilə görüşüb.

Antalyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov yerli "Antalyaspor" klubunun düşərgəsində olub.

Operativ Media xəbər verir ki, Abbasov Türkiyə Superliqasında çıxış edən komandanın baş məşqçisi Emre Belözoğlu ilə görüşüb.

Mütəxəssislər görüş zamanı hər iki ölkə futbolu və komandaların hazırkı durumu barəsində fikir mübadiləsi aparıblar. Ayxan Abbasov türkiyəli həmkarına milli komandamızın 5 nömrəli formasını hədiyyə edib.

Seçilən
0
18
operativmedia.az

10Mənbələr