AZ

Gürcüstan və Ukraynadan qələbə

style='margin-bottom:10px;'>

Bu gün UEFA Millətlər Liqasında pley-off mərhələsinin oyunlarına start verilib.

QOL.az-ın məlumatına görə, bu mərhələ UEFA Millətlər Liqasının növbəti yarışı üçün A, B, C və D liqalarının tərkibini müəyyən edir.

A/B liqaları arasında pley-off oyunları

A Liqasında üçüncü yeri tutan dörd komanda B Liqasında ikinci yeri tutan dörd komanda ilə qarşılaşır. 
Cütün qalibləri növbəti mövsüm A Liqasında, məğlub olanlar B Liqasında yarışacaq. 

B/C liqaları arasında pley-off oyunları

B Liqasında üçüncü yeri tutan dörd komanda C Liqasında ikinci yeri tutan dörd komanda ilə qarşılaşır. Hər cütün qalibi növbəti mövsüm B Liqasında, məğlub olanlar C Liqasında  iştirak edəcək.

C/D Liqaları arasında pley-off oyunları

C Liqasında üçüncü yeri tutan iki ən yaxşı komanda D Liqasında ikinci yeri tutan iki komandaya qarşı oynayır. Hər cütün qalibi C Liqasında, məğlub olanlar isə D Liqasında növbəti püşkatmada oynayacaq.

Qeyd edək ki, məğlub komandalardan biri növbəti mövsüm D liqasında Azərbaycan millisinin potensial rəqibi olacaq. 

20 mart
Millətlər Liqasın pley-off mərhələsi, ilk oyunlar

A/B liqaları

21:00. Türkiyə - Macarıstan - 3:1

Qollar: Kökçü, 9, Aktürkoğlu, 69, Kahveci, 73 - Şafer, 25

23:45. Ukrayna - Belçika - 3:1

Qollar: Qutsuliak, 67, Vanat, 73, Zabarni, 79 - Lukaku, 40

23:45. Avstriya - Serbiya - 1:1

Qollar: Qreqoritş, 37 - Samarziç, 61

23:45. Yunanıstan - Şotlandiya - 0:1

Qol: Maktominay, 33-pen.

B/C liqaları

21:00. Ermənistan - Gürcüstan - 0:3

Qollar: Koçoraşvili, 33, Mikautadze, 37, 59

23:45. Kosovo - İslandiya - 2:1

Qollar: Dellova, 19, Reksbekay, 58 - Oskarsson, 22

23:45. Bolqarıstan - İrlandiya - 1:2

Qollar: Petkov, 6 - Azaz, 21, Doherti, 42

23:45. Slovakiya - Sloveniya - 0:0

A/B liqaları və B/C liqalarında pley-off mərhələsinin cavab oyunları martın 23-də keçiriləcək.

26 mart, ilk oyunlar

C/D Liqaları 

21:00. Cəbəllütariq - Latviya 

21:00. Malta - Lüksemburq 

C/D Liqalarında pley-off mərhələsinin cavab oyunları martın 31-də keçiriləcək.

Seçilən
19
19
teleqraf.com

10Mənbələr