Braziliya Futbol Konfederasiyası (CBF) “Real”ın baş məşqçisi Karlo Ançelotti ilə danışıqları bərpa edib.
Publika.az xəbər verir ki, bu barədə “Globo” məlumat yayıb.
Bildirilir ki, CBF-nin bəzi rəhbərləri komandanın hazırkı baş məşqçisi Dorival Juniorun işindən narazıdırlar. Martda Braziliya DÇ-2026-nın seçmə mərhələsində Kolumbiyaya qalib gəlib (2:1), Argentinaya isə böyük hesabla uduzub – 1:4.
Məlumata görə, Ançelotti braziliyalılara 2025-ci ilin iyun-iyul aylarında keçiriləcək klublararası dünya çempionatından sonra gələcəyi ilə bağlı qərar verəcəyini deyib. Madrid klubu da 65 yaşlı məşqçinin bu turnir bitdikdən sonra klubu tərk edəcəyini ehtimal edir.