AZ

Almaniyada avtosalon yaxınlığında yeddi "Tesla" avtomobili yanıb

Almaniyanın şimalında Ottersberq icmasında yerləşən firmanın avtosalonu yaxınlığında yeddi "Tesla" avtomobili yanıb.

"Report" Almaniya KİV-ə istinadən xəbər verir ki, bu barədə polis məlumat yayıb.

"Martın 29-də təxminən saat 3:30-da avtomərkəzin ərazisində “Tesla” markalı yeddi elektromobil alovlanıb və nəticədə tamamilə yanıblar", - məlumatda bildirilib.

Yanğının səbəbləri hələlik məlum deyil, hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.

Seçilən
51
8
report.az

10Mənbələr