Azərbaycan Kubokunun yarımfinal mərhələsinin “Neftçi” ilə ilk oyununda zədələnən “Sabah”ın futbolçusu Coy Lens Mikelsin durumuna sabah aydınlıq gələcək.
Klubdan Msport.az saytına verilən məlumata görə, aldığı zədənin təsirindən hazırda almaniyalı hücumçunun ayağında şişkinlik (hematoma) yarandığından belə vəziyyətdə MRT müayinəsi ilə tam dəqiq nəticəyə gəlmək çox çətindir.
Bu səbəbdən daha dəqiq məlumatı sabah əldə etmək mümkün olacaq.
Qeyd edək ki, Mikels 2:1 hesabı ilə qalib gəldikləri matçında sonlarına yaxın Yuri Matiasın kobud müdaxiləsindən sonra zədələnib.