Myanmanın Mandalay şəhərindən 60 km şimalda 5,2 bal gücündə zəlzələ baş verib. Bu barədə Taylandın Meteorologiya Departamenti məlumat yayıb.Bildirilir ki, zəlzələ yerli vaxtla saat 14:58-də qeydə alınıb, mənbə 10 km dərinlikdə yerləşib. Departamentin məlumatına görə, bu təkanlar Taylanda heç bir təsir göstərməyib.Qeyd edək ki, martın 28-də Myanmada güclü zəlzələ baş verib. Təkanların maqnitudası 8,2 bal qiymətləndirib. Bundan sonra 6,4 bal gücündə ikinci zəlzələ baş verib. Təbii fəlakət 3400-dən çox insanın ölümünə səbəb olmaqla yanaşı, yaşayış binalarına və infrastruktura ziyan vurub.