AZ

Akademik Milli Dram Teatrına cərimə yazıldı

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, teatr barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.

Protokola hakim Rəşad Cavadzadənin sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı min beş yüz manat məbləğində cərimə edilə bilər.

Şəbnəm Mehdizadə

Seçilən
382
3
e-huquq.az

10Mənbələr