AZ

Ermənistanda vəziyyət GƏRGİNDİR: Polis magistral yolları bağlayan ermənilərin həbsini DAVAM ETDİRİR

Ermənistanda polis İrəvan-Meqri yolunu bağlayan bir neçə vətəndaşı həbs edib.

İnterpress.az xəbər verir ki, bu barədə erməi mediası məlumat yayıb. Bildirilir ki, İrəvan-Meqri magistralında etiraz aksiyası zamanı vəziyyət gərginləşib.

Polis Tavuş sakinlərinə dəstək ifadə edən vətəndaşlara yolu bağlamağa imkan verməyib. Onlar sonda bir neçə etirazçını zorla maşına mindiriblər. Sonuncular arasında Daşnaksutyun-un gənclər qanadının üzvü Gerasim Vardanyan da var.

Qeyd edək ki, İrəvan-Gümrü və İrəvan-Sevan yolları da bağlanıb. Ermənilər bu yolla Tavuşda delimitasiyaya etirazlarını ifadə edirlər.

Xuraman Etibarlı

İnterpress.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
Mənbələr
Şərh ()
Bağla