- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Ermənistanın Tavuş və Azərbaycanın Qazax bölgələri arasındakı ərazidə sərhədin delimitasiyası prosesi texniki cəhətdən başa çatıb.
Yenisabah.az xəbər verir ki, bunu Ermənistan parlamentinin Müdafiə komissiyasının sədri Armen Xaçatryan "Azatutyun"-a müsahibəsində bildirib.
“Texniki baxımdan tamamlama o deməkdir ki, Ermənistan-Azərbaycan sərhədinin keçdiyi hissə Almatı Bəyannaməsinə uyğun olaraq müəyyən və təsdiq edilib. Yəni sütunlar Sovet Ermənistanı ilə Sovet Azərbaycanı sərhədindəki keçid məntəqələrində quraşdırılıb”, - deyə Xaçatryan qeyd edib.
Aprelin 25-də rəsmi İrəvan Ermənistan-Azərbaycan sərhədində 20 sərhəd sütununun quraşdırıldığını açıqlayıb. Neçə kilometr ərazinin demarkasiyası rəsmi olaraq göstərilmir. Lakin hakim “Vətəndaş müqaviləsi”nin deputatları qeyd edirlər ki, söhbət 10-12 km-dən gedir.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.