AZ

“Bir anlıq intihar barədə düşündüm” – Bayden etiraf etdi

Bayden intihar etmək haqqında düşündüyünü etiraf edib:

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ prezidenti jurnalist Hovard Sternlə müsahibəsində danışıb.

O bildirib ki, birinci həyat yoldaşı və qızının 1972-ci ildə avtomobil qəzasında həlak olmasından sonra intihar etmək fikrinə düşüb.

“Mən həqiqətən gördüm ki, intihar etmək üçün dəli olmaq lazım deyil. Amma iki övladım yolumu kəsdi”, – Amerika lideri bildirib.

Qeyd edək ki, Ağ Evin birinci xanımı Neiliya və qızı Naomi 1972-ci ilin dekabrında avtomobil qəzasında həyatını itirib.

Burhan,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
Mənbələr
Şərh ()
Bağla