AZ

İran "Aries" gəmisinin bütün ekipaj üzvlərini azad edib

İran təhlükəsizlik qüvvələri tərəfindən Hörmüz boğazında saxlanılan MSC Aries gəmisinin bütün ekipaj üzvləri sərbəst buraxılıb və vətənə qayıda bilərlər.

Ucnoqta.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian estoniyalı həmkarı Marqus Tsahkna ilə telefon danışığı zamanı deyib.

Məlumata görə, İran ərazi sularında radarını söndürən və dəniz nəqliyyatını təhlükə altına alan saxlanılan gəmi məhkəmə tərəfindən həbsdədir, lakin İran humanitar səbəblərə görə artıq kapitanın müşayiəti ilə bütün ekipajını azad edib, onlar öz ölkələrinə qayıda bilərlər. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
3
Mənbələr
Şərh ()
Bağla