AZ

Avropa çempionu döyüşdə həlak oldu

Ukrayna Ağır Atletika Federasiyası (UWF) ukraynalı olimpiya çempionu və ikiqat Avropa çempionu Aleksandr Pieliesenkonun Rusiyanın Ukraynaya qarşı müharibəsi zamanı 30 yaşında dünyasını dəyişdiyini açıqlayıb.   Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Pieliesenko Rio-2016 Olimpiadasında kişilər arasında 85 kq çəki dərəcəsində dördüncü olub, 2016 və 2017-ci illərdə keçirilən Avropa çempionatlarında qızıl medal qazanıb. 2018-ci ildə narkotik testindən keçə bilmdiyi üçün kənarlaşdırılan Pieliesenko işğalın ilk günlərində Ukrayna Silahlı Qüvvələrinə qoşulub. UWF Facebook-da verdiyi açıqlamada "Ukraynanın görkəmli idman ustası Oleksandr Pieliesenkonun ürəyi bu gün dayandı. Ailəsinə və onu tanıyan hər kəsə dərin hüznlə başsağlığı veririk" deyilib. Ukrayna Milli Olimpiya Komitəsi işğalın ilk günlərində silahlı qüvvələrə qoşulduğunu qeyd edərək, Pieliesenkoya ehtiramını bildirib. Əfsanə Rəcəb

Manşet.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
Mənbələr
Şərh ()
Bağla