AZ

Putin baş nazir postuna Mişustinin namizədliyini irəli sürüb

Putin

Rusiya prezidenti Vladimir Putin Mixail Mişustinin baş nazir postuna namizədliyini irəli sürüb.

Reyting.az
xəbər verir ki, Dövlət Dumasının sədri Vyaçeslav Volodin prezident Vladimir Putinin Mixail Mişustinin baş nazir postuna namizədliyi ilə bağlı Dövlət Dumasına təklif təqdim etdiyini bildirib.

2020-ci ildə ölkədə konstitusiya dəyişikliyi ilə Dumanın (Rusiya Federasiyası Parlamentinin aşağı palatası) müasir Rusiya tarixində ilk dəfə olaraq hökumətin tərkibinə daxil ediləcəyinə işarə edən Volodin, baş naziri, onun müavinlərini və nazirləri parlamentin təsdiq edəcəyini deyib.

V. Volodinin sözlərinə görə, qanunvericilik və icra hakimiyyətləri arasında birgə işdə yeni mərhələ başlayır: “Əvvəllər problemlər adətən hökumətin və ya nazirlərdən birinin nöqsanları ilə izah olunurdusa, indi həm hökumət, həm də deputatlar məsuliyyət daşıyacaqlar”.

Namizədlik məsələsinin bugünkü ümumi yığıncaqda müzakirə ediləcəyini açıqlayan Volodin qeyd edib ki, baş nazir postuna namizəd Mişustini deputatlara təqdimat edəcək, daha sonra suallara cavab verəcək.

Onun sözlərinə görə, siyasi partiyaların nümayəndələri yeni hökumətlə bağlı çıxışlar edəcək, parlament üzvləri isə baş nazirin namizədliyi ilə bağlı ümumi yığıncaqda səs verəcəklər.

Xatırladaq ki, builki prezident seçkilərindəki qələbəsindən sonra Putin mayın 7-də and içərək vəzifəsinin icrasına başlayıb. Qanuna uyğun olaraq, M. Mişustinin rəhbərlik etdiyi hökumət istefa verib. İndi Putinin baş nazir kimi təklif etdiyi Mişustinin namizədliyi parlamentdə təsdiqlənməlidir.

Putin Dumanın razılığı olmadan xarici işlər naziri, müdafiə naziri, ədliyyə naziri, fövqəladə hallar naziri və daxili işlər nazirini Rusiya parlamentinin yuxarı palatası olan Federasiya Şurası ilə məsləhətləşərək birbaşa təyin edəcək.

Qanuna görə, yeni hökumətin təsdiq prosesi ən çox mayın 20-dək çəkə bilər.

ELÇİN

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq