EN

Zelenski iki liderlə birgə Trampla görüşə gedir

Böyük Britaniyanın baş naziri Kir Starmer və Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Trampa müharibənin həlli üçün vahid plan təqdim etmək üçün gələn həftə Ukrayna prezidenti Volodimir Zelenski ilə birlikdə Vaşinqtona getməyə hazırlaşırlar.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə “Daily Mail” yazır.

Nəşrin yazdığına görə, bu səbəbdən də Zelenski X-də (tviter) müharibəyə son qoymaq üçün Trampla işləməyə və hətta mineral ehtiyatlara dair saziş imzalamağa hazır olduğunu bildirib.

"Biz istərdik ki, gələcək əməkdaşlıq və ünsiyyət konstruktiv olsun", - Zelenski qeyd edib. 

Nəşr yazıb ki, Zelenskinin bəyanatı Starmerlə telefon danışığından sonra verilib. Telefon danışığı zamanı britaniyalı baş nazir Zelenskiyə sülhü əldə etmək məqsədilə Amerikanın dəstəyini qazanmaq üçün Trampla münasibətləri düzəltməyin vacibliyi barədə xəbərdarlıq edib.

Mürtəza
Demokratikmusavat.com

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Chosen
169
18
Demokratikmusavat.com

9Sources