EN

İranın Azərbaycana qeyri-neft məhsul ixracı artıb

Bakı. Trend:

Cari İran ilinin 11 ayı (20 mart 2024 -18 fevral 2025) ərzindəİranın Azərbaycana qeyri-neft məhsul ixracı ötən İran ilininanaloji dövrü ilə (21 mart 2023 -19 fevral 2024) müqayisədə dəyərbaxımından 13,4%, çəki baxımından 12,8% artıb.

Bu barədə Trendİranın Gömrük Administrasiyasının statistikasına istinadən məlumatverib.

Statistikaya əsasən, 11 ayda İranın Azərbaycana qeyri-neftməhsul ixracı 635 milyon dollar dəyərində 799 min ton təşkiledib.

Statistikada əlavə olunur ki, ötən ilin analoji dövründə İranınAzərbaycana qeyri-neft məhsul ixracı 560 milyon dəyərində 708 minton təşkil edib.

Statistikada deyilir ki, İran Azərbaycana, əsasən, kəndtəsərrüfatı və ərzaq məhsullar, sənaye məhsulları, neft-kimya vəkimyəvi məhsullar ixrac edib.

Statistikada qeyd olunur ki, 11 ayda İranın Azərbaycanla ticarətdövriyyəsi 664 milyon dollar dəyərində 811 min ton təşkil edib.İranın Azərbaycanla ticarət dövriyyəsi ötən ilin analoji dövrü iləmüqayisədə dəyər baxımından 10,3%, çəki baxımından 11,7% artıb.

Qeyd edək ki, İranın Gömrük Administrasiyasının bildirdiyinəəsasən, cari İran ilinin 11 ayı ərzində İranın qeyri-neft məhsulixracı 53,4 milyard dollar dəyərində 141 milyon ton təşkil edib.Qeyri-neft məhsul ixracı ötən ilin analoji dövrü ilə müqayisədədəyər baxımından 19%, çəki baxımından 12,6% artıb.

Məqalədə:
Chosen
32
1
az.trend.az

2Sources